UEFA "Mladost"la oyundakı davaya görə "Neftçi"nin futbolçularını cəzalandırıb

UEFA "Mladost"la oyundakı davaya görə "Neftçi"nin futbolçularını cəzalandırıb Aylton Fereyra və Maksim Vaylo 3 oyunluq diskvalifikasiya olunub
Futbol
16 İyul , 2015 13:41
UEFA Mladostla oyundakı davaya görə Neftçinin futbolçularını cəzalandırıb

Bakı. 16 iyul. REPORT.AZ/ UEFA-nın Nəzarət, etik və intizam komitəsi Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” (Monteneqro) – “Neftçi” (Azərbaycan) oyunu barədə qərar qəbul edib. "Report"un məlumatına görə, İyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilmiş matçın sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişəyə görə “Neftçi”nin iki üzvü – Aylton Fereyra və Maksim Vaylo cəzalandırılıb. 

Hər iki futbolçu 3 oyunluq diskvalifikasiya edilib.

Son xəbərlər

Orphus sistemi