UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib

UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib Bakı. 13 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib.
Futbol
112
13 Oktyabr , 2018 05:37
UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib.

"Report" xəbər verir ki, ikinci oyun günündə 4 liqada 7 qarşılaşma baş tutub. Bu dəfə oyunlar elə də məhsuldar alınmayıb. Qapılara cəmi 9 qol vurulub.

Azərbaycan milli komandasının yer aldığı D Liqasında Belarus Lüksemburqu 1, Moldova San Marinonu 2 cavabsız topla yenib. Bununla da Belarus liderliyi ələ alıb.

A Liqasında son dünya çempionatının bürünc mükafatçısı Belçika evdə İsveçrəyə Romelu Lukakunun "dubl"u sayəsində 2:1 hesabı ilə qalib gələrək, vahid liderə çevrilib. Bu həm də gecənin ən məhsuldar oyunu olub.

Xorvatiya isə doğma meydanda azarkeşsiz keçirilən matçda İngiltərə ilə qolsuz heç-heçə edib. Bununla da hər iki komanda ilk xallarını qazanıb.

B Liqasında Avstriya Şimali İrlandiyaya, C Liqasında Yunanıstan Macarıstana evdə, Finlandiya isə Estoniyaya səfərdə minimal hesabla qalib gəlib.

UEFA Millətlər Liqası, III tur

A Liqası

2-ci qrup

22:45. Belçika - İsveçrə - 2:1

Qollar: Romelu Lukaku, 58; 84 - Mario Qavranoviç, 76

Xal durumu: Belçika - 6 (2 oyuna), İsveçrə - 3 (2), İslandiya - 0 (2)

4-cü qrup

22:45. Xorvatiya - İngiltərə - 0:0

Xal durumu: İspaniya - 6 xal (2 oyuna), İngiltərə - 1 (2), Xorvatiya - 1 (2)

B Liqası

3-cü qrup

22:45. Avstriya - Şimali İrlandiya - 1:0

Qol: Marko Arnautoviç, 71

Xal durumu: Bosniya və Herseqovina - 6 xal (2 oyuna), Avstriya - 3 (2), Şimali İrlandiya - 0 (2)

C Liqası

2-ci qrup

22:45. Estoniya - Finlandiya - 0:1

Qol: Teemu Pukki, 90+1

22:45. Yunanıstan - Macarıstan - 1:0

Qol: Kostas Mitroğlu, 65

Xal durumu: Finlandiya - 9 xal (3 oyuna), Yunanıstan - 6 (3), Macarıstan - 3 (3), Estoniya - 0 (3)

D Liqası

2-ci qrup

22:45. Belarus - Lüksemburq - 1:0

Qol: Anton Saroka, 43

22:45. Moldova - San Marino - 2:0

Qollar: Radu Ginsari, 31; 67

Xal durumu: Belarus - 7 xal (3 oyuna), Lüksemburq - 6 (3), Moldova - 4 (3), San Marino - 0 (3).

Son xəbərlər

Orphus sistemi