UEFA Millətlər Liqasında Farer adaları ilə səfər oyununa yollanan Azərbaycan yığması Kopenhagenə çatıb - FOTO

UEFA Millətlər Liqasında Farer adaları ilə səfər oyununa yollanan Azərbaycan yığması Kopenhagenə çatıb - FOTO Bakı. 9 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının III turunda Farer adaları ilə keçirəcəyi səfər oyununa yollanan Azərbaycan yığması Danimarkanın paytaxtı Kopenhagenə çatıb.
Futbol
9 Oktyabr , 2018 23:30
UEFA Millətlər Liqasında Farer adaları ilə səfər oyununa yollanan Azərbaycan yığması Kopenhagenə çatıb - FOTO

Bakı. 9 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının III turunda Farer adaları ilə keçirəcəyi səfər oyununa yollanan Azərbaycan yığması Danimarkanın paytaxtı Kopenhagenə çatıb.

"Report"un məlumatına görə, Kopenhagen hava limanında yığmanı bir zamanlar "Neftçi" və "Qarabağ"da çalışmış, hazırda isə fəaliyyətini Danimarkanın "Aarus" klubunda davam etdirən fiziki hazırlıq üzrə məşqçi Ruben Selles qarşılayıb. İspaniyalı mütəxəssisin baş məşqçi Qurban Qurbanovla mehriban və səmimi görüşməsi diqqətlərdən yayınmayıb.

Hazırda Danimarkanın paytaxtında hava limanında olan heyət üzvləri oradan isə "Atlantic Airways” şirkətinə məxsus təyyarə ilə Torshavna istiqamət alacaq.

Yığmanın Farer adalarına birbaşa deyil, tranzit yolu ilə uçmasına səbəb bu ölkəyə yalnız xüsusi ixtisaslaşmış pilotların eniş edə bilməsidir.

Qeyd edək ki, oktyabrın 11-də "Torsvollur” stadionunda keçiriləcək Farer adaları – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi