UEFA Millətlər Liqası: Türkiyə evdə Macarıstana uduzdu

UEFA Millətlər Liqası: Türkiyə evdə Macarıstana uduzdu UEFA Millətlər Liqasında 2020/2021 mövsümünə start verilib.
Futbol
4 Sentyabr , 2020 00:39
UEFA Millətlər Liqası: Türkiyə evdə Macarıstana uduzdu

UEFA Millətlər Liqasında 2020/2021 mövsümünə start verilib. 

"Report" xəbər verir ki, ilk oyun günündə A,B,C və D liqalarında 10 qarşılaşma baş tutub. 

A Liqasının iddialı komandalarından Almaniya və İspaniya ilk turda üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib.

Türkiyə yığması da Millətlər Liqasında ilk matçına çıxıb. Şenol Güneşin baş məşqçi olduğu kollektiv doğma meydanda Macarıstanı qonaq edib və rəqibinə minimal hesabla uduzub.

Gecənin digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb.

3 sentyabr

UEFA Millətlər Liqası
I tur

A Liqası

4-cü qrup

22:45. Almaniya – İspaniya 1:1

Qollar: Timo Verner, 52 - Xose Qaya, 90+6

22:45. Ukrayna – İsveçrə 2:1

Qollar: Andrey Yarmolenko, 14, Aleksandr Zinçenko, 68 - Halis Seferoviç, 41

B Liqası

3-cü qrup

22:45. Rusiya - Serbiya 3:1

Qollar: Artyom Dzyuba, 48 (pen.), 81, Vyaçeslav Karavayev, 69 - Aleksandar Mitroviç, 78

22:45. Türkiyə - Macarıstan 0:1

Qol: Dominik Soboslay, 80

4-cü qrup

22:45. Bolqarıstan - İrlandiya 1:1

Qollar: Bojidar Krayev, 56 - Şeyn Daffi, 90+3

22:45. Finlandiya - Uels 0:1

Qol: Kiffer Mur, 80

C Liqası

3-cü qrup

22:45. Moldova – Kosovo 1:1

Qollar: İon Nikolaesku, 20 - Bencamin Kololli, 71

22:45. Sloveniya – Yunanıstan 0:0

D Liqası 

1-ci qrup

20:00. Latviya - Andorra 0:0

22:45. Farer adaları - Malta 3:2

Qollar: Klemint Olsen, 25, Andreas Olsen, 87, 90  - Yurgen Deqabriele, 37, Andrey Acius, 73

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı oyunla start verəcək.

Son xəbərlər

Orphus sistemi