UEFA Millətlər Liqası: Bu gün daha 8 oyun keçiriləcək

UEFA Millətlər Liqası: Bu gün daha 8 oyun keçiriləcək Bu gün UEFA Millətlər Liqasında I turun növbəti görüşləri baş tutacaq.
Futbol
4 Sentyabr , 2020 07:30
UEFA Millətlər Liqası: Bu gün daha 8 oyun keçiriləcək

Bu gün UEFA Millətlər Liqasında I turun növbəti görüşləri baş tutacaq.

"Report"un məlumatına görə, ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 matç keçiriləcək.

A liqasının I qrupunda İtaliya Bosniya və Herseqovinanı, Niderland isə Polşanı qəbul edəcək.

B liqasında Avstriya Norveçin, Şimali İrlandiya Rumıniyanın, İsrail Şotlandiyanın, Çexiya Slovakiyanın qonağı olacaq.

Azərbaycan millisinin yer aldığı C liqasında isə Litva - Qazaxıstan və Belarus - Albaniya matçları olacaq.

A liqası

1-ci qrup
22:45. İtaliya – Bosniya və Herseqovina
22:45. Niderland – Polşa

B liqası

1-ci qrup
22:45. Norveç - Avstriya
22:45. Rumıniya – Şimali İrlandiya

2-ci qrup
22:45. Şotlandiya - İsrail
22:45. Slovakiya – Çexiya

C liqası

4-cü qrup
20:00. Litva - Qazaxıstan
22:45. Belarus - Albaniya

Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə dünən start verilib. Azərbaycan yığması turnirdə ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi