Bakı. 19 oktyabr. REPORT.AZ/ UEFA İntizam Komitəsi İngiltərənin "Mançester Yunayted" klubunu cərimələyib.
"Report" qurumun saytına istinadən xəbər verir ki, buna səbəb Çempionlar Liqasının II turunda evdə İspaniya "Valensiya"sı ilə keçirilmiş matçın gec başlamasıdır. İngiltərə təmsilçisi buna görə 15 min avro ödəməli olacaq.
Qeyd edək ki, "Mançester Yunayted" - "Valensiya" matçı 0:0 hesabı ilə başa çatıb. Meydan sahiblərinin avtobusu tıxaca görə oyunun keçirildiyi "Old Trafford" stadionuna gec çatıb.