UEFA maliyyə "fair-play" qaydaları ilə bağlı yenilik etdi

UEFA maliyyə "fair-play" qaydaları ilə bağlı yenilik etdi UEFA klubların maliyyə fair-play qaydalarına uyğunluğunu yoxlayarkən koronavirusla bağlı vəziyyəti nəzərə alacaq.
Futbol
19 Mart , 2020 18:01
UEFA maliyyə fair-play qaydaları ilə bağlı yenilik etdi

UEFA klubların maliyyə "fair-play" qaydalarına uyğunluğunu yoxlayarkən koronavirusla bağlı vəziyyəti nəzərə alacaq.

"Report"un məlumatına görə, bu barədə TASS-a qurumun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, klubların vaxtı keçmiş borcları olmadığını sübut etmək üçün son tarix martın 31-dən aprelin 30-na təxirə salınıb: "Qaydalarla bağlı monitorinq fəaliyyətinə gəlincə, fors-major halları prinsipi artıq reqlamentlə tənzimlənib. Bu prinsipə əsasən, klublardan asılı olmayan istənilən fors-major hal onların dəyərləndirilməsinin bir hissəsi kimi nəzərə alınacaq".

Son xəbərlər

Orphus sistemi