UEFA "Lion" - "Beşiktaş" oyunundan əvvəl baş verənlərlə əlaqədar intizam işi açıb

UEFA "Lion" - "Beşiktaş" oyunundan əvvəl baş verənlərlə əlaqədar intizam işi açıb Qərarın vaxtı barədə əlavə məlumat veriləcək
Futbol
15 Aprel , 2017 10:44
UEFA Lion - Beşiktaş oyunundan əvvəl baş verənlərlə əlaqədar intizam işi açıb

Bakı. 15 aprel. REPORT.AZ/ UEFA Fransanın "Lion" və Türkiyənin "Beşiktaş" komandaları atasındakı Avropa Liqasının 1/4 final matçından əvvəl baş verənlərlə əlaqədar intizam işi açıb.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Lion" təhlükəsizliyi yetərincə təmin etməməkdə, eləcə də azarkeşlərin meydana girməsi və qapalı pilləkənlərdə oturması ilə əlaqədar ittiham olunur. "Beşiktaş" azarkeşləri isə meydana yad əşyalar atmaqda və kütləvi davada günahlandırılıb. Hər iki kluba qarşı azarkeşlərin pirotexniki vasitələrdən yararlanma ittihamı irəli sürülüb.

Qərarın elan olunacağı vaxt barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, aprelin 13-də keçirilmiş oyundan əvvəl meydana mindən çox azarkeş girib. İnsident oyuna 15 dəqiqə qalmış baş verib. Aşağı sektorlarda oturmuş "Lion" azarkeşləri türkiyəli fanatların hərəkətlərindən qorxuya düşüblər. "Beşiktaş" azarkeşləri yuxarı cərgələrdən onlara yanar maddələr atıblar. Nəticədə görüş vaxtından 45 dəqiqə gec başlanıb. 59000 tamaşaçı tutumuna malik stadiona "Beşiktaş"ın 15 min tərəfdarının toplaşdığı məlum olub. Bundan başqa stadionda kütləvi dava düşüb. Hər iki komanda fanatları toqquşmada müxtəlif əlaltı vasitələrdən yararlanıblar. 

Son xəbərlər

Orphus sistemi