UEFA Konfrans Liqasında növbəti finalın ev sahibini açıqlayacaq

UEFA Konfrans Liqasında növbəti finalın ev sahibini açıqlayacaq UEFA İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyi açıqlanıb.
Futbol
5 May , 2022 17:43
UEFA Konfrans Liqasında növbəti finalın ev sahibini açıqlayacaq

UEFA İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyi açıqlanıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, mayın 10-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək toplantıda aşağıdakı qərarlar qəbul olunacaq:

* AVRO-2024-ün final mərhələsinin təqvimi

* Ev sahiblərinin təyin olunması

- 2023-cü il UEFA Konfrans Liqasının final oyununun yeri

- 2023-cü il UEFA Konqressinin yeri

* Turnirlərdə qaydaların təsdiqi

- Avropa çempionatının seçmə və final mərhələsi

- 17 və 19 yaşadək futbolçular arasında Avropa çempionatları (2022/2023 mövsümü)

- 17 və 19 yaşadək qızlar arasında Avropa çempionatları (2022/2023 mövsümü)

- 19 yaşadək futzalçılar arasında Avropa çempionatı (2022/2023 mövsümü)

- Region Kuboku (2022/2023 mövsümü)

* Texniki qaydaların təsdiqi

- Qadınlar arasında Çempionlar Liqası üçün lisenziyalaşdırma qaydaları

- İntizam qaydaları (2022-ci il üçün)

- Avadanlıq qaydaları (2022-ci il üçün)

- Klubların Maliyyə Nəzarəti Orqanını tənzimləyən prosedur qaydaları (2022-ci il üçün)

Son xəbərlər

Orphus sistemi