UEFA Konfrans Liqasında mövsümün ilk püşkü atıldı

UEFA Konfrans Liqasında mövsümün ilk püşkü atıldı UEFA Konfrans Liqasında 2021/2021 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.
Futbol
15 İyun , 2021 16:17
UEFA Konfrans Liqasında mövsümün ilk püşkü atıldı

UEFA Konfrans Liqasında 2021/2021 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində gerçəkləşib.

Püşkatma mərasimindən sonra 33 cüt müəyyənləşib. Azərbaycan təmsilçilərindən "Qarabağ", "Sumqayıt" və "Keşlə" II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Onların rəqibləri isə iyunun 16-da bəlli olacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 8-də, cavab qarşılaşmaları isə iyulun 15-də olacaq. İkinci raundun görüşləri isə 22-29 iyula təsadüf edəcək.

Son xəbərlər

Orphus sistemi