UEFA klublarımızın Konfrans Liqasındakı mümkün gəlirlərini açıqladı

UEFA klublarımızın Konfrans Liqasındakı mümkün gəlirlərini açıqladı Təsnifat mərhələlərini uğurla adlayan hər bir klub 2,94 milyon avro gəlir əldə edəcək
Futbol
25 May , 2021 09:24
UEFA klublarımızın Konfrans Liqasındakı mümkün gəlirlərini açıqladı

UEFA Konfrans Liqasında qrup mərhələsinə yüksələcək komandaların qazanacağı məbləği açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, qrupa düşən hər bir klub 2,94 milyon avro gəlir əldə edəcək.

Bundan başqa, qrup mərhələsindəki hər qələbəyə görə 500 000 avro, heç-heçəyə görə 166 000 avro veriləcək. Qrupu lider kimi tamamlayan komanda daha 650 000 avro qazanacaq. Qrup ikincilərinə 325 000 avro, 1/16 finala çıxanlara 300 000 avro, 1/8 finala vəsiqə qazananlara 600 000 avro ödəniləcək.

Təsnifat mərhələsinin mükafat fondu isə hələ elan olunmayıb.

Qeyd edək ki, Azərbaycanı 2021/2022 mövsümündə Konfrans Liqasında "Qarabağ", "Sumqayıt" və "Keşlə" klubları təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi