UEFA klublara 7 milyard avroluq maliyyə paketi üçün ABŞ bankı ilə anlaşıb

UEFA klublara 7 milyard avroluq maliyyə paketi üçün ABŞ bankı ilə anlaşıb UEFA Avropa futboluna 7 milyard avroluq maliyyə yardımı paketi üçün ABŞ-ın "Citibank" bankı ilə əməkdaşlığa başlayıb.
Futbol
184
16 Dekabr , 2021 15:43
UEFA klublara 7 milyard avroluq maliyyə paketi üçün ABŞ bankı ilə anlaşıb

UEFA Avropa futboluna 7 milyard avroluq maliyyə yardımı paketi üçün ABŞ-a məxsus "Citibank" ilə əməkdaşlığa başlayıb.

"Report" "The Times"a istinadən xəbər verir ki, Avropa futbol qurumunun beynəlxalq bankı tərəfdaş seçməsi futbolun vəziyyəti ilə bağlı artan narahatlıqlar və "omikron" ştamının sürətlə yayılması fonunda mümkün yeni maliyyə itkiləri ilə əlaqədardır.

"Citibank" tender zamanı"Goldman Sachs" və "Macquarie" banklarını, həmçinin "Apollo" investisiya şirkətini qabaqlayıb.

UEFA-nın məlumatına əsasən, 2020-ci ilin əvvəlində koronavirusun yayılması, ilk növbədə, bilet satışının kəskin azalmasına və maliyyə itkilərinin ən azı 9 milyard avroya çatmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi