UEFA Belarusda Konqres keçirməkdən imtina etdi

UEFA Belarusda Konqres keçirməkdən imtina etdi İcraiyyə Komitəsinin iclasları dekabrda və 2021-ci ilin martında olacaq. Konqres isə gələn ilin martında Belarusda nəzərdə tutulmuşdu
Futbol
24 Sentyabr , 2020 16:58
UEFA Belarusda Konqres keçirməkdən imtina etdi

UEFA altı ay ərzində bütün korporativ toplantılarının İsveçrədə keçiriləcəyini açıqlayıb. 

"Report" qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, bunlar İcraiyyə Komitəsinin iclasları və Konqresdir.

İcraiyyə Komitəsinin iclasları dekabrda və 2021-ci ilin martında olacaq. Konqres isə gələn ilin martın 2-də Belarusun paytaxtı Minskdə nəzərdə tutulmuşdu. Yerdəyişməyə səbəb kimi ölkədəki siyasi vəziyyət göstərilib. 

Son xəbərlər

Orphus sistemi