UEFA İbrahimoviçin təhqir olunmasına görə intizam işi açdı

UEFA İbrahimoviçin təhqir olunmasına görə intizam işi açdı UEFA Avropa Liqasının 1/16 final mərhələsində Serbiyanın "Srvena Zvezda" və İtaliyanın "Milan" klubları arasındakı matçda baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb
Futbol
23 Fevral , 2021 22:08
UEFA İbrahimoviçin təhqir olunmasına görə intizam işi açdı

UEFA Avropa Liqasının 1/16 final mərhələsində Serbiyanın "Srvena Zvezda" və İtaliyanın "Milan" klubları arasındakı matçda baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı azarkeşlərin qonaq komandanın futbolçusu Zlatan İbrahimoviç barəsində səsləndirdiyi irqçi şüarlara və təhqirə görə intizam işi açılıb.

Qeyd edək ki, isveçli hücumçu 2:2 hesabı ilə başa çatan görüşdə iştirak etməyib.

Son xəbərlər

Orphus sistemi