Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə seçkidəki rəqiblərindən biri namizədliyini geri götürüb

Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə seçkidəki rəqiblərindən biri namizədliyini geri götürüb Kipr Futbol Assosiasiyasının fəxri prezidenti Marios Lefkaritis namizəd olmayacaq
Futbol
17 mart 2017 10:51
Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə seçkidəki rəqiblərindən biri namizədliyini geri götürüb

Bakı. 17 mart. REPORT.AZ/ AFFA-nın namizədi olan baş katib Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə seçkilərdə rəqiblərindən biri namizədliyini geri götürüb. "Report" xəbər verir ki, bu, Kipr Futbol Assosiasiyasının fəxri prezidenti Marios Lefkaritisdir.

M.Lefkaritis bu gün qərarı barədə Avropa futbol qurumuna üzv olan bütün 55 milli assosiasiyanı məlumatlandırıb. Bununla da İcraiyyə Komitəsi üzvlüyünə 12 namizəd qalıb. 8 yer uğrunda E.Məmmədovdan əlavə Zbiqnev Bonek (Polşa), Kayrat Boranbayev (Qazaxıstan), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Devid Gill (İngiltərə), Raynhard Qrindel (Almaniya), Karl-Erik Nilsson (İsveç), Kiran O Konnor (Uels), Miçele Uva (İtaliya), Mixael van Praaq (Hollandiya) və Servet Yardımcı (Türkiyə) mübarizə aparacaq.

Qeyd edək ki, Marios Lefkaritis 1991-ci ildən Kipr Futbol Federasiyasına 10 il müddətində rəhbərlik edib. Bunadək o, 2002-ci ildən üzvü olduğu FİFA Şurasına yenidən seçilmək fikrindən daşınıb. UEFA İcraiyyə Komitəsinə seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi