Bakı. 5 mart. REPORT.AZ/ UEFA İcraiyyə Komitəsinin üzvü Karen Espelund Bakıya gələcək. Bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, norveçli qonaq AFFA-nın martın 6-da keçiriləcək Növbəti Hesabat Konfransında iştirak edəcək. Bakıdakı "Park İnn" otelində təşkil olunacaq tədbir saat 11:00-da başlanacaq.
Qeyd edək ki, bu hal ardıcıl ikinci il təkrarlanacaq. Ötənilki analoji konfransa UEFA-nın I vitse-prezidenti Şenes Erzik qatılmışdı.