UEFA Gənclər Liqası: "Qəbələ"nin oyunlarının vaxtı dəqiqləşib

UEFA Gənclər Liqası: "Qəbələ"nin oyunlarının vaxtı dəqiqləşib “Qəbələ”nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün I mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib. Çempionlar yolunda mübarizə aparacaq U-19 komandamız Niderland “Alkmaar”ı ilə qarşılaşacaq.
Futbol
143
9 Sentyabr , 2021 14:55
UEFA Gənclər Liqası: Qəbələnin oyunlarının vaxtı dəqiqləşib

"Qəbələ"nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün I mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.

"Report" "qırmızı-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Yolunda mübarizə aparacaq U-19 komandası Niderlandın AZ klubu ilə ilk görüşünü sentyabrın 29-də Qəbələ şəhər stadionunda keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Cavab matçı oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi