UEFA futbolçunu 2 illik diskvalifikasiya edib

UEFA futbolçunu 2 illik diskvalifikasiya edib Buna səbəb Roman Yeremenkonun orqanizmində dopinqin aşkarlanmasıdır
Futbol
18 Noyabr , 2016 14:46
UEFA futbolçunu 2 illik diskvalifikasiya edib

Bakı. 18 noyabr. REPORT.AZ/ UEFA Finlandiya yığmasının və Rusiyanın MOİK klubunun futbolçusu Roman Yeremenkonu 2 illik diskvalifikasiya edib.

"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, dopinq testi zamanı futbolçunun orqanizmində kokain metabolitləri aşkarlanıb.

Finlandiya mətbuatı yarımmüdafiəçinin sentyabrda Çempionlar Liqasının qrup matçından sonra dopinq-tesdə ilişdiyini yazıb.

Qeyd edək ki, futbolçunun dopinqdən istifadəsi şübhələri yarandığından UEFA onu oktyabrın 7-dən bir ay müddətinə yarışlardan kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi