UEFA maliyyə feyr-pleyi qaydalarını ikiqat yumşaltmaq istəyir

UEFA maliyyə feyr-pleyi qaydalarını ikiqat yumşaltmaq istəyir UEFA maddi sıxıntılarla üzləşən Avropa futbolu üçün maliyyə feyr-pleyi qaydalarını yumşaltmağı planlaşdırır.
Futbol
14 May , 2020 16:55
UEFA maliyyə feyr-pleyi qaydalarını ikiqat yumşaltmaq istəyir

UEFA maddi sıxıntılarla üzləşən Avropa futbolu üçün maliyyə feyr-pleyi qaydalarını yumşaltmağı planlaşdırır.

“Report” Fransa mətbuatına istinadən xəbər verir ki, qurum 2021/2022 mövsümü üçün yeni plan hazırlayır.

Klublara illik 30 milyon avro əlavə büdcə təqdim etmə imkanı yaradan lisenziya təlimatnaməsində limitin 60 milyon avroya qalxacağı iddia olunur. Ancaq bu rəqəm son iki mövsümdəki büdcəyə əsasən hesablanacaq. 

Beləliklə, Avropa klublarının iki mövsüm ərzində 60 milyon avroyadək ziyan etməsi cəzaya səbəb olmayacaq. 

Dəyişiklik klublara liqaların dayanmasına görə gəlirlərin azalmasını tənzimləmək imkanı yaradacaq. 

Qeyd edək ki, hazırda Avropada Belarus və Farer adalarından başqa bütün ölkələrdə liqalar koronavirusa görə dayandırılıb.

Son xəbərlər

Orphus sistemi