UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi

UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi UEFA Avropa Liqasının pley-off mərhələsinində Ermənistanın "Ararat Armenia" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında keçiriləcək oyunun yerini dəyişdirib.
Futbol
2280
29 Sentyabr , 2020 21:58
UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi

UEFA Avropa Liqasının pley-off mərhələsinində Ermənistanın "Ararat Armenia" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında keçiriləcək oyunun yerini dəyişdirib. 

"Report"un qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma oktyabrın 1-də Kiprin paytaxtı Nikosiyadakı GSP stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Qeyd edək ki, hazırda Ermənistanda hərbi rejim hökm sürür. Oyunun keçirilməsi üçün alternativ yer bununla əlaqədar tapılıb. 

Son xəbərlər

Orphus sistemi