UEFA ən yaxşı futbolçuları mükafatlandırıb

UEFA ən yaxşı futbolçuları mükafatlandırıb UEFA 2018/2019 mövsümünün ən yaxşılarını mükafatlandırıb. Reportun məlumatına görə, mərasim Monakoda təşkil olunub.
Futbol
263
29 Avqust , 2019 21:27
UEFA ən yaxşı futbolçuları mükafatlandırıb

UEFA 2018/2019 mövsümünün ən yaxşılarını mükafatlandırıb. "Report"un məlumatına görə, mərasim Monakoda təşkil olunub.

İngiltərə "Liverpul"unun qolkiperi Alisson Bekker ən yaxşı qapıçı, bu komandanın arxa xətt oyunçusu Vircil van Deyk ən yaxşı müdafiəçi, hazırda İspaniya "Barselona"sında çıxış edən Hollandiya "Ayaks"ının sabiq orta sahə oyunçusu Frenki De Yonq ən yaxşı yarımmüdafiəçi, "Barsa"nın forvardı Lionel Messi isə ən yaxşı hücumçu adına layiq görülüb.

Van Deyk həm də ən yaxşı kişi futbolçu sayılıb. Hollandiyalı oyunçu, Messi və İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldunu üstələyib.

Fransa "Lion"unun ingiltərəli sağ cinah müdafiəçisi Lüsi Bronz isə ən yaxşı qadın futbolçu adını qazanıb.

Bundan başqa Fransa millisinin sabiq futbolçusu Erik Kantona UEFA prezidenti Aleksander Çeferinin xüsusi mükafatını alıb.

Orphus sistemi