UEFA-dan Çempionlar Liqasının finalı ilə bağlı açıqlama

UEFA-dan Çempionlar Liqasının finalı ilə bağlı açıqlama Hazırda bu məsələ barədə heç bir məlumat yoxdur, rəsmi açıqlama vaxtı çatanda veriləcək
Futbol
10 May , 2021 16:01
UEFA-dan Çempionlar Liqasının finalı ilə bağlı açıqlama

UEFA Çempionlar Liqasının final oyununun Türkiyənin İstanbul şəhərindən alınacağı ilə bağlı xəbərləri şərh etməyib.

"Report"un məlumatına görə, bu barədə qurumdan TASS-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hazırda bu məsələ barədə heç bir məlumat yoxdur, rəsmi açıqlama vaxtı çatanda veriləcək.

Xatırladaq ki, Britaniya mətbuatı İngiltərənin "Çelsi" və "Mançester Siti" klublarının üz-üzə gələcəyi həlledici görüşün Londondakı "Uembli" stadionunda oynanılacağını yazıb.

Son xəbərlər

Orphus sistemi