UEFA-dan azərbaycanlı hakimə təyinat

UEFA-dan azərbaycanlı hakimə təyinat UEFA azərbaycanlıhakim Rəhim Həsənova təyinat verib.
Futbol
17 Avqust , 2020 20:25
UEFA-dan azərbaycanlı hakimə təyinat

UEFA azərbaycanlı hakim Rəhim Həsənova təyinat verib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Lüksemburq "Proqress"inin Avropa Liqasının I təsnifat mərhələsində "Enqrodan" (Andorra) - "Zeta" (Monteneqro) cütünün qalibi ilə keçirəcəyi görüş FIFA referisinə həvalə edilib.

Matçın yan xətt hakimləri Mübariz Haşımov və Pərvin Talıbov olacaq. 4-cü hakim vəzifəsini isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 26-da oynanılacaq.

Son xəbərlər

Orphus sistemi