UEFA-dan AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərlə bağlı açıqlama

UEFA-dan AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərlə bağlı açıqlama UEFA AVRO-2020-ni əvvəlcədən müəyyənləşdirilmiş 12 şəhərdə keçirməyi planlaşdırır.
Futbol
304
27 Aprel , 2020 15:46
UEFA-dan AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərlə bağlı açıqlama

UEFA AVRO-2020-ni əvvəlcədən müəyyənləşdirilmiş 12 şəhərdə keçirməyi planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə qitə futbol qurumunun Mətbuat xidmətindən TASS-ın sorğusuna cavab olaraq bildirilib.

Danimarkanın paytaxtı Kopenhagenin Avropa çempionatının oyunlarına ev sahibliyindən imtina etmək istəyi ilə bağlı xəbərə münasibət bildirən qitə futbol qurumunun açıqlamasında qeyd olunub ki, matçların eyni şəhərlərdə əvvəlki təqvimlə keçirilməsi nəzərdə tutulub: "Amma ilkin oyun cədvəli rəsmi olaraq təsdiqlənməyib. UEFA bu mövzuda 12 şəhərin hamısı ilə əlaqə saxlayır. Lazım gəldikdə əlavə məlumatlar veriləcək".

Qeyd edək ki, UEFA martın 17-də koronavirus pandemiyası səbəbindən AVRO-2020-nin növbəti ilə təxirə salınmasına qərar verib. Turnir 11 iyun - 11 iyul tarixlərində keçiriləcək. Yerli təşkilat komitələri oyunlara ev sahibliyi etməklə bağlı aprelin 30-dək quruma təminat göndərməlidirlər. 

Artıq AFFA turnirin 4 oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər də Avropa futbol qurumuna göndəriləcək. AVRO-2020-nin Bakıda təşkil olunacaq A qrupunun oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq. Eyni zamanda 1/4 final mərhələsinin 1 qarşılaşması Azərbaycan paytaxtında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi