Bakı. 26 noyabr. REPORT.AZ/ UEFA-nın klubların maliyyə nəzarəti üzrə İstintaq Palatası İnstansiyası 6 klubun işini Arbitraj Palatasına verib.
"Report"un məlumatına görə, bunlar "Braqa" (Portuqaliya), "Tırqu-Mureş", "Astra", "Botoşani" (hər üçü Rumıniya) və "Dnepr"lə (Ukrayna) yanaşı, Azərbaycanın "İnter" komandasıdır.
Onlar 30 iyun - 30 sentyabr tarixləri aralığında vacib sahələrdə - digər klublara, öz əməkdaşları və sosial-vergi xidmətlərinə gecikdirilmiş ödənişlərlə bağlı tələbləri pozublar. Yekun qərar ilin sonunadək Arbitraj Palatasında qəbul olunmalıdır.
Bu klublara Avrokuboklarda çıxışları qarşılığında mükafat ödənişləri müvəqqəti dayandırılıb.