UEFA Çexiya klubunu cəzalandırıb

UEFA Çexiya klubunu cəzalandırıb Tribunaların bəzi hissəsi bağlanacaq
Futbol
18 Oktyabr , 2016 11:51
UEFA Çexiya klubunu cəzalandırıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ UEFA-nın İntizam Komitəsi Çexiyanın "Sparta" (Praqa) klubunu cəzalandırıb.

"Report"un məlumatına görə, Avropa futbol qurumunun qərarına əsasən Praqa təmsilçisi Avropa Liqasının qrup mərhələsinin III turunda İsrail "Hapoel"i (Beer Şeva) ilə görüşdə ən çox azarkeş kütləsi olan tribunaları bağlayacaq.

Buna səbəb K qrupunda İtaliya "İnter"i ilə keçirilmiş oyunda azarkeşlərin irqçi şüarlar səsləndirməsidir. Analoji hal təkrarlanacağı halda tirbunaların ümumiyyətlə bağlanacağı bildirilib.

Qeyd edək ki, "Sparta" noyabrın 3-də "Hapoel"lə qarşılaşacaq. Sentyabrın 29-da "İnter"lə baş tutmuş görüş 3:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi