UEFA Çempionlar Liqasının final oyununu Rusiyadan almaq qərarına gəlib

UEFA Çempionlar Liqasının final oyununu Rusiyadan almaq qərarına gəlib UEFA Çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindəki "Qazprom Arena" keçirilməyəcək.
Futbol
24 fevral 2022 12:42
UEFA Çempionlar Liqasının final oyununu Rusiyadan almaq qərarına gəlib

UEFA Çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindəki "Qazprom Arena"da keçirilməyəcək.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Avropa futbol qurumu Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın qarşılaşmaya ev sahibliyi etmək hüququnu əlindən alıb.

Qərar fevralın 25-də UEFA İcraiyyə Komitəsinin iclasında açıqlanacaq.

Qeyd edək ki, cari mövsüm final matçı mayın 28-də gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi