UEFA Çempionlar Liqasında videotəkrar sistemindən istifadəyə icazə verib

UEFA Çempionlar Liqasında videotəkrar sistemindən istifadəyə icazə verib Bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub
Futbol
103
27 Sentyabr , 2018 14:41
UEFA Çempionlar Liqasında videotəkrar sistemindən istifadəyə icazə verib
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ UEFA 2019/2020 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində videotəkrar sistemindən (VAR) istifadəyə icazə verib.

“Report” xəbər verir ki, bununla bağlı qərar bu gün qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub. 2019-cu il UEFA Superkubokunda da VAR-dan istifadə olunacaq.

UEFA videotəkrar sistemini AVRO-2020-nin və 2021-ci ildə Millətlər Liqasının final mərhələsində, eləcə də 2020/2021 mövsümündə Avropa Liqasının qrup mərhələsindən etibarən tətbiqini planlaşdırır.

Son xəbərlər

Orphus sistemi