UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 matçı keçirilib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 matçı keçirilib UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 matçı keçirilib.
Futbol
22 Avqust , 2019 02:14
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 matçı keçirilib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 matçı keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun günündə III təsnifat mərhələsində gözlənilmədən Porquqaliya "Portu"sunu mübarizədən kənarlaşdıran Rusiyanın Krasnodar komandası Yunanıstanda “Olimpiakos”un qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Serbiya çempionu “Srvena Zvezda” İsveçrədə “Yanq Boyz"la heç-heçə edib. Hər iki matçda 4 qol qeydə alınıb.

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu isə Norveç “Rusenborq"u üzərində inamlı qələbə qazanıb.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. “Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya) - 2:2

Qollar: Roje Assale, 7. Giyom Hoaro, 76 (penalti ilə) - Miloş Degenek, 18. Mateo Qarsia Esekyel, 46

23:00. "Dinamo” (Zaqreb, Xorvatiya) - “Rusenborq” (Norveç) - 2:0

Qollar: Bruno Petkoviç, 8. Mislav Orşiç, 28

23:00. “Olimpiakos” (Yunanıstan) - “Krasnodar” (Rusiya) - 4:0

Qollar: Migel Anxel Gerrero, 30. Lazar Ranceloviç, 78; 85. Daniel Podense, 89

Qeyd edək ki, Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşləri 27-28 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi