UEFA Çempionlar Liqasında II turun son 8 oyunu keçirilib - VİDEO

UEFA Çempionlar Liqasında II turun son 8 oyunu keçirilib - VİDEO UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub.
Futbol
3 Oktyabr , 2019 00:54
UEFA Çempionlar Liqasında II turun son 8 oyunu keçirilib - VİDEO

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə E, F, G və H qruplarında yer alan komandalar qarşılaşıblar. Turnirin son qalibi İngiltərə "Liverpul"u Avstriya "Zatlsburq"unu qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:3. Qollardan 2-ni Məhəmməd Salah vurub.

Gecənin mərkəzi qarşılaşması İspaniyada "Barselona" və İtaliya "İnter"i arasında oynanılıb. Matçın əvvəllərində qonaqlar hesabda önə çıxsalar da, meydan sahibləri ikinci hissədə Luis Suaresin "dubl"u sayəsində qələbəyə nail olublar - 2:1.

İspaniyadakı daha bir qarşılaşmada isə "Valensiya" Hollandiya "Ayaks"ına böyük hesabla uduzub - 0:3.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

E qrupu

20:55. "Genk" (Belçika) - "Napoli" (İtaliya) - 0:0

23:00. "Liverpul" (İngiltərə) - "Zaltsburq" (Avstriya) - 4:3

Qollar: Sadio Mane, 9. Endi Robertson, 25. Məhəmməd Salah, 36; 69 - Hi Çan Hvanq, 39. Takumi Minamino, 56. Erlinq Braut Haaland, 60

Xal durumu: "Napoli" - 4, "Zaltsburq" - 3, "Liverpul" - 3, "Genk" - 1.

F qrupu

20:55. Slaviya" (Praqa, Çexiya) - "Borussiya" (Dortmund, Almaniya) - 0:2

Qollar: Əşrəf Hakimi, 35; 89

23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya) - 2:1

Qollar: Luis Suares, 58; 84 - Lautaro Martines, 3

Xal durumu: "Borussiya" - 4, "Barselona" - 4, "İnter" - 1, "Slaviya" - 1

G qrupu

23:00. "Leyptsiq" (Almaniya) - "Lion" (Fransa) - 0:2

Qollar: Memfis Depay, 11. Martin Terye, 65

23:00. "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya) - 3:1

Qollar: Artyom Dzyuba, 22. Ruben Dias, 70 (öz qapısına). Sərdan Azmun, 78 - Raul de Tomas, 85

Xal durumu: "Zenit" - 4, "Lion" - 4, "Leyptsiq" - 3. "Benfika" - 0

H qrupu

23:00. "Lill" (Fransa) - "Çelsi" (İngiltərə) - 1:2

Qollar: Viktor Osimhen, 33 - Temmi Abraham, 22. Villian, 78

23:00. "Valensiya" (İspaniya) - "Ayaks" (Hollandiya) - 0:3

Qollar: Hakim Ziyeş, 8. Kvinsi Promes, 34. Donni van de Bek, 67

İstifadə olunmamış penalti: Daniel Parexo, 25 ("Valensiya")

Xal durumu: "Ayaks" - 6, "Çelsi" - 3, "Valensiya" - 3, "Lill" - 0.

Son xəbərlər

Orphus sistemi