UEFA Çempionlar Liqası: “Qarabağ” komandası “Atletiko” klubu ilə qarşılaşır

UEFA Çempionlar Liqası: “Qarabağ” komandası “Atletiko” klubu ilə qarşılaşır Bakı Olimpiya Stadionunda keçirilən oyunu fransalı baş hakim Ruddi Buquet idarə edir
Futbol
18 Oktyabr , 2017 20:17
UEFA Çempionlar Liqası: “Qarabağ” komandası “Atletiko” klubu ilə qarşılaşır

Bakı. 18 oktyabr. REPORT.AZ/ Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Qarabağ”-“Atletiko” oyunu keçirilir.

"Report" xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunu fransalı baş hakim Ruddi Buquet idarə edir.

Ağdam təmsilçisinin start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli və Bədavi Hüseynov çıxıblar.

Madrid təmsilçisinin ilk on birliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Antonio Qrizman, Saul Nigez, Yannik Karrasko, Qabi, Şime Vrsaliko, Kevin Qameyro, Nikolas Qaytan və Xose Mariya Ximenes yer alıblar.

Qeyd edək ki, “Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, doğma meydanda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub. 

Son xəbərlər

Orphus sistemi