UEFA Çempionlar Liqası: "Qalatasaray" "Lokomotiv"ə məğlub olub

UEFA Çempionlar Liqası: "Qalatasaray" "Lokomotiv"ə məğlub olub Bakı. 29 noyabr. REPORT.AZ/ Türkiyənin Qalatasaray komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Moskvanın Lokomotiv klubu ilə qarşılaşıb.
Futbol
2484
29 Noyabr , 2018 00:48
UEFA Çempionlar Liqası: Qalatasaray Lokomotivə məğlub olub

Bakı. 29 noyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Moskvanın "Lokomotiv" klubu ilə qarşılaşıb.

"Report" xəbər verir ki, Moskvanın "RJD Arena" stadionunda baş tutan qarşılaşmada hesab ilk hissənin 43-cü dəqiqəsində açılıb.

"Dəmiryolçu"ların yarımmüdafiəçisi Qjeqoj Krıxovyak topu qapıdan keçirib. İkinci hissənin əvvəllərində Vladislav İqnatyev hesabı 2:0-a çatdırıb.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Beləliklə, İstanbul klubu pley-offa yüksəlmək şansını itirib. "Lokomotiv" isə 3 xal qazanaraq qrupda 4-cü yeri tutub. 

Son xəbərlər

Orphus sistemi