UEFA Canluici Buffonu 3 oyunluq diskvalifikasiya edib

UEFA Canluici Buffonu 3 oyunluq diskvalifikasiya edib O, referini “heyvan” və “zibil qutusu” adlandırdığı üçün ağır cəza ilə üzləşib
Futbol
5 İyun , 2018 17:52
UEFA Canluici Buffonu 3 oyunluq diskvalifikasiya edib

Bakı. 5 iyun. REPORT.AZ/ UEFA İtaliyanın "Yuventus" klubundan ayrılan qapıçı Canluici Buffonu 3 oyunluq cəzalandırıb. 

"Report"un qurumun Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səbəb 40 yaşlı qolkiperin İspaniya "Real Madrid"i ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə meydandan qovulmasıdır. Buffon Turin təmsilçisinin səfərdə 3:1 hesablı qələbə qazandığı matçın 90+3-cü dəqiqəsində baş hakimi təhqir etdiyi üçün qırmzı vərəqə alıb. O, referini “heyvan” və “zibil qutusu” adlandırdığı üçün ağır cəza ilə üzləşib. 

Qeyd edək ki, “Yuventus”u səfərdə 3:0 hesabı ilə məğlub etdiyi üçün finala vəsiqə qazanan “Real Madrid” həlledici görüşdə İngiltərə təmsilçisi “Liverpul”u üstələyib – 3:1. Canluici Buffon “Yuventus”u mövsümün yekununda tərk edib. Hələlik onun karyerasını hansı klubda davam etdirəcəyi məlum deyil. 

Son xəbərlər

Orphus sistemi