Türk futbolçu Neymarı itələdiyi üçün cəzalandırıldı

Türk futbolçu Neymarı itələdiyi üçün cəzalandırıldı UEFA Almaniyanın Borussiya (Dortmund) klubunun futbolçusu Emre Canı cəzalandırıb.
Futbol
865
31 Mart , 2020 19:58
Türk futbolçu Neymarı itələdiyi üçün cəzalandırıldı

UEFA Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Emre Canı cəzalandırıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin Fransa PSJ-si ilə Parisdəki cavab matçında qırmızı vərəqə alan Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.

26 yaşlı oyunçu sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində PSJ-nin hücumçusu Neymarı üzündən itələdiyi üçün meydandan qovulub.

Qeyd edək ki, "Borussiya" Dortmundakı ilk matçda (2:1) qələbə qazansa da, cavab görüşündə məğlub olaraq (0:2) ÇL-lə vidalaşıb.

Son xəbərlər

Orphus sistemi