UEFA Bakı Olimpiya Stadionu üçün təzminatı açıqlamaq istəmir

UEFA Bakı Olimpiya Stadionu üçün təzminatı açıqlamaq istəmir UEFA AVRO-2020-nin təxirə salınması ilə əlaqədar stadionlar üçün nəzərdə tutulan təzminatı açıqlamayacaq.
Futbol
21 Aprel , 2020 13:19
UEFA Bakı Olimpiya Stadionu üçün təzminatı açıqlamaq istəmir

UEFA AVRO-2020-nin təxirə salınması ilə əlaqədar stadionlar üçün nəzərdə tutulan təzminatı açıqlamayacaq.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə qurumun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, müqavilələrə dair informasiya məxfiliyinə görə açıqlanmır.

AVRO-2020-nin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin UEFA-nın oyunları qəbul edən hər bir stadiona kompensasiya verəcəyini söyləyib: "Stadionlar bir çox öhdəlik götürüb, UEFA bu öhdəliklərin hansısa formatda yerinə yetirilməsini kompensasiya edir. Amma açığı, koronavirusla bağlı bütün əlavə ödəniş söhbətləri novelladır".

Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev öz növbəsində "Report"a deyib ki, bu barədə məlumatı yoxdur və məsələ hazırda müzakirə olunmur. 

Qeyd edək ki, Avropa çempionatı 2021-ci il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-nin təqviminə əsasən, A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi