Bakı. 15 avqust. REPORT.AZ/ UEFA futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayevə yeni təyinat verib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Y.Nurullayev UEFA kubokunun ilkin təsnifat mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Qrupda Almaniyanın "Hamburg Panthers", Uelsin "Kardiff Universiteti", Norveçin "Sandefjord Fotball" və Moldovanın "Klassik Kişinau" komandaları mübarizə aparacaq.
Qeyd edək ki, oyunlar 18-21 avqustda Moldovada keçiriləcək.