UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib UEFA Çempionlar Liqası və UEFA Avropa Konfrans Liqasının 2021/2022-ci il mövsümünün təsnifat mərhələsində iştirak edən klublar üçün UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti Azərbaycan klublarına ödənilib.
Futbol
17 Avqust , 2021 09:31
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib.

"Report"un məlumatına görə, bu, ölkə təmsilçilərinin Çempionlar Liqası və Konfrans Liqasının 2021/2022 mövsümünün təsnifat mərhələsində iştirakı ilə əlaqədardır.

Vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

"Neftçi" Çempionlar Liqasında iştirak üçün 200 min avro əldə edib. "Keşlə" və "Sumqayıt" Konfrans Liqasına görə 450 min avro, "Qarabağ" isə eyni turnirə qatıldığı üçün 100 min avro alıb.

Qeyd edək ki, bu komandalardan yalnız "Qarabağ" və "Neftçi" Konfrans Liqasında mübarizəyə davam edir. Ağdam təmsilçisi pley-offda Şotlandiyanın "Aberdin", paytaxt klubu isə İsrailin "Makkabi" (Hayfa) komandası ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi