UEFA-nın 2017/2018 mövsümündə Azərbaycana ayırdığı vəsaitin məbləği açıqlanıb

UEFA-nın 2017/2018 mövsümündə Azərbaycana ayırdığı vəsaitin məbləği açıqlanıb Bakı. 8 fevral. REPORT.AZ/ UEFA 2017/2018 mövsümündə Azərbaycana 7 milyon 19 min avro (təxminən, 14 milyon manat) vəsait ayırıb.
Futbol
8 Fevral , 2019 11:59
UEFA-nın 2017/2018 mövsümündə Azərbaycana ayırdığı vəsaitin məbləği açıqlanıb

Bakı. 8 fevral. REPORT.AZ/ UEFA 2017/2018 mövsümündə Azərbaycana 7 milyon 19 min avro (təxminən, 14 milyon manat) vəsait ayırıb.

“Report” xəbər verir ki, bu barədə qurumun müvafiq dövrü əhatə edən hesabatında bildirilir. Avropa futbol qurumu “HatTrick” layihəsi çərçivəsində AFFA-ya investisya üçün 200 min avro verib. Milli komandalara həmrəylik ödənişi 1 milyon 250 min avro təşkil edib. Eyni meyara görə Çempionlar Liqasına vəsiqə qazanan “Qarabağ”a 600 min avro, qitənin ən nüfuzlu klub turnirinə düşə bilməyən digər 7 Premyer Liqa təmsilçisinə isə ümumilikdə 3 milyon 553 min avro ödənilib.

Avropa Liqasının təsnifat mərhələsinə qatılan, lakin qrupa vəsiqə qazana bilməyən klublara isə ümumilikdə 1 milyon 416 min avro paylanılıb.

Qeyd edək ki, ötən mövsüm avrokuboklarda Azərbaycanı 4 klub – “Qarabağ”, “Keşlə”, “Qəbələ” və “Neftçi” təmsil edib. Ağdam təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırsa da, Avropa Liqasında qrupa düşüb. Digər 3 kollektiv isə çxışlarını Avropa Liqasının təsnifat mərhələsində başa vurublar.

Son xəbərlər

Orphus sistemi