UEFA Azərbaycan - Monteneqro matçının yerini dəyişdi

UEFA Azərbaycan - Monteneqro matçının yerini dəyişdi UEFA Azərbaycan yığmasının Millətlər Liqasının V turunda Monteneqroya qarşı keçirəcəyi oyunun yerini dəyişdirib.
Futbol
28 Oktyabr , 2020 16:23
UEFA Azərbaycan - Monteneqro matçının yerini dəyişdi

UEFA Azərbaycan yığmasının Millətlər Liqasının V turunda Monteneqroya qarşı keçirəcəyi oyunun yerini dəyişdirib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Ivić” stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, UEFA daha əvvəl oyunun Xorvatiyanın paytaxtı Zaqrebdəki Maksimir stadionunda keçiriləcəyini bildirmişdi. Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın IV turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.

Son xəbərlər

Orphus sistemi