UEFA Avropa Liqasının finalındakı qələbə qolunun müəllifini dəyişdirdi

UEFA Avropa Liqasının finalındakı qələbə qolunun müəllifini dəyişdirdi UEFA İspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i arasında Avropa Liqasının final oyununda vurulmuş sonuncu qolun müəllifini dəqiqləşdirib.
Futbol
1310
22 Avqust , 2020 12:59
UEFA Avropa Liqasının finalındakı qələbə qolunun müəllifini dəyişdirdi

UEFA İspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i arasında Avropa Liqasının final oyununda vurulmuş sonuncu qolun müəllifini dəqiqləşdirib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, qol Milan təmsilçisinin hücumçusu Romelu Lukakunun aktivinə yazılıb.

Matçın 74-cü dəqiqəsində La Liqa klubunun futbolçusu Dieqo Karlosun baxımlı zərbəsindən sonra top belçikalı forvardın ayağına dəyərək qapıya daxil olub. Qitə futbol qurumu əvvəlcə matçın protokolunda qolun müəllifi kimi braziliyalı müdafiəçini göstərsə də, sonradan bunu avtoqol kimi qeydə alıb.

Xatırladaq ki, finalda "İnter"i 3:2 hesabı ilə məğlub edən "Sevilya" 6-cı dəfə Avropa Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi