UEFA Avropa Liqasının finalı çərçivəsində Bakıda Azarkeş Festivalı təşkil olunacaq

UEFA Avropa Liqasının finalı çərçivəsində Bakıda Azarkeş Festivalı təşkil olunacaq Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu çərçivəsində Azarkeş Festivalı təşkil olunacaq.
Futbol
22 May , 2019 14:29
UEFA Avropa Liqasının finalı çərçivəsində Bakıda Azarkeş Festivalı təşkil olunacaq

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu çərçivəsində Azarkeş Festivalı təşkil olunacaq.

“Report” xəbər verir ki, 5 günü əhatə edəcək təbir Dənizkənarı bulvarda yerləşən Kukla Teatrının qarşısında keçiriləcək. Burada azarkeşlər UEFA Kuboku ilə şəkil çəkdirə, DJ-lərin çıxışından zövq ala, fərqli əyləncəli futbol oyunları oynayacaqlar.

Uşaqlar üçün ayrılmış zonada azyaşlılar yumşaq qalanın üzərində tullana, öz üzlərinə rənglətdirə və zərbə yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin böyüklər müxtəlif oyunlara qatılaraq, hədiyyələr qazanacaqlar.

Festival günləri və iş saatları:

25-27 may: 14:00 - 22:00

28 may: 12:00 - 22:00

29 may: 10:00 - 22:00

Giriş hər kəs üçün pulsuzdur.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi