UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb Bakı. 22 fevral. REPORT.AZ/ UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
Futbol
22 Fevral , 2019 16:14
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

Bakı. 22 fevral. REPORT.AZ/ UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan mərasimin əvvəlində nümayiş olunan videoçarxda Azərbaycanın paytaxtı və Bakı Olimpiya Stadionu ilə bağlı görüntülər də yer alıb.

Ardınca 16 komandanın rəqiblərini müəyyənləşdirən püşk atılıb. Püşkü UEFA-nın təşkili üzrə direktoru Corco Marketti və İspaniya yığmasının veteran qapıçısı Andres Palop çəkib:

"Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)

"Ayntraxt" (Frankfurt, Almaniya) - "İnter" (Milan, İtaliya)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya)

"Napoli" (İtaliya) - "Zaltsburq" (Avstriya)

"Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya)

"Sevilya" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya)

"Arsenal" (İngiltərə) - "Renn" (Fransa)

"Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya) 

Qeyd edək ki, 1/8 finalda ilk oyunlar martın 7-də, cavab görüşləri martın 14-də keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 21:55-də və 24:00-da başlanacaq. Adları birinci göstəriləcək komandalar ilk oyunlarını evdə keçirəcəklər. Aprelin 11-də və 18-də 1/4 final, mayın 2-də və 9-da yarımfinal, mayın 29-da isə Bakı Olimpiya Stadionunda final görüşü keçiriləcək.

Son xəbərlər

Orphus sistemi