UEFA Avropa Liqası tarixində rekord məsafədən qol qeydə alınıb

UEFA Avropa Liqası tarixində rekord məsafədən qol qeydə alınıb UEFA Avropa Liqasının qrup mərhələsində II turunda E qrupunda keçirilən “Omoniya” (Kipr) – PSV (Niderland) qarşılaşmasında Avropa Liqası tarixində rekord qeydə alınıb.
Futbol
3633
30 Oktyabr , 2020 03:40
UEFA Avropa Liqası tarixində rekord məsafədən qol qeydə alınıb

UEFA Avropa Liqasının qrup mərhələsində II turunda E qrupunda keçirilən "Omoniya" (Kipr) – PSV (Niderland) qarşılaşmasında Avropa Liqası tarixində rekord qeydə alınıb.

“Report” xəbər verir ki, "Omoniya"nın futbolçusu liqa tarixində ən uzun məsafədən qol vurub.

Belə ki, qarşılaşmanın 29-cu dəqiqəsində "Omoniya"nın futbolçusu Jordi Qomes 56 metrlik məsafədən topu rəqib qapısından keçirib. Bu, turnirin tarixində ən uzaq məsafədən vurulan qol olub.

Qeyd edək ki, qarşılaşma PSV-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qomes bununla Şotlandiyanın "Reyndcers" klubunun oyunçusu Kemar Rufun rekordunu üstələyib. Sonuncu oktyabrın 22-də Belçikanın "Standart" komandasına 50 metrlik məsafədən qol vurmuşdu.

Son xəbərlər

Orphus sistemi