UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulub

UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulub UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulub.
Futbol
13 Dekabr , 2024 01:57
UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulub

UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulub.

“Report”un məlumatına görə, İngiltərənin “Mançester Yunayted” klubu səfərdə “Viktoriya” (Çexiya) ilə qarşılaşıb.

Türkiyə klublarından “Qalatasaray” səfərdə “Malmö”nün, “Beşiktaş” isə Norveç təmsilçisi “Budyo Qlimt”in qonağı olub.

Səfərdə İsveçin “Elfsborq” klubu ilə qarşılaşan “Qarabağ”ın rəqiblərindən FKSB (Rumıniya) Almaniyada “Hoffenhaym”la üz-üzə gəlib. “Olimpiakos” (Yunanıstan) isə evdə “Tvente” (Niderland) ilə görüşüb.

UEFA Avropa Liqası

Liqa mərhələsi

VI tur

12 dekabr

“Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) 3:0
“Olimpiakos” (Yunanıstan) - “Tvente” (Niderland) 0:0
PAOK (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan) 5:0
“Viktoriya” (Çexiya) - “Mançester Yunayted” (İngiltərə) 1:2
“Yunion” (Belçika) - “Nitsa” (Fransa) 2:1
“Ludoqorets” (Bolqarıstan) - AZ (Niderland) 2:2
“Malmö” (İsveç) - “Qalatasaray” (Türkiyə) 2:2
“Hoffenhaym” (Almaniya) - FKSB (Rumıniya) 0:0
“Portu” (Portuqaliya) - "Midtyullann" (Danimarka) 2:0
“Ayaks” (Niderland) - “Latsio” (İtaliya) 1:3
“Reyncers” (Şotlandiya) - “Tottenhem” (İngiltərə) 1:1
“Slaviya” (Çexiya) - “Anderlext” (Belçika) 1:2
“Real Sosyedad” (İspaniya) - “Dinamo” (Kiyev, Ukrayna) 3:0
“Lion” (Fransa) - “Ayntraxt” (Almaniya) 3:2
“Makkabi” (Təl-Əviv, İsrail) - RFS (Latviya) 2:1
“Budyo Qlimt” (Norveç) - “Beşiktaş” (Türkiyə) 2:1
“Elfsborq” (İsveç) - “Qarabağ” (Azərbaycan) 1:0

Qeyd edək ki, Liqa mərhələsinin VII turuna 2025-ci il yanvarın 21-də start veriləcək.

Son xəbərlər

Orphus sistemi