UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Futbol
8 Aprel , 2022 09:00
UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada Portuqaliya "Braqa"sından Abel Ruis, İtaliya "Atalanta"sının qapıçısı Xuan Musso, Fransa "Lion"undan Tanqi Ndombele və Almaniyanın "Ayntraxt" klubundan Ansqar Knauff iddia edir.

UEFA Konfrans Liqasında isə Niderland PSV-sindən Mauro Junior, Çexiyanın "Slaviya" (Praqa) klubundan İra Sor, Norveç "Budyo Qlimt"indən Ulrik Saltnes və Fransa "Marsel"indən Dimitri Payet namizəddir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi