UEFA Avropa Liqası: "Qalatasaray" "Dinamo" ilə bərabərə qalıb

UEFA Avropa Liqası: "Qalatasaray" "Dinamo" ilə bərabərə qalıb UEFA Avropa Liqasının Liqa mərhələsində "Qalatasaray" Kiyev "Dinamo"su (Ukrayna) ilə bərabərə qalıb.
Futbol
21 Yanvar , 2025 21:25
UEFA Avropa Liqası: Qalatasaray Dinamo ilə bərabərə qalıb

UEFA Avropa Liqasının Liqa mərhələsində "Qalatasaray" Kiyev "Dinamo"su (Ukrayna) ilə bərabərə qalıb.

“Report”un məlumatına görə, VII turun açılış oyununda məhsuldar heç-heçə qeydə alınıb - 3:3.

“Əli Sami Yen Spor Kompleksi”ndə keçirilən matçda meydan sahiblərinin heyətində Davinson Sançes (6), Abdülkerim Bardakçı (21) və Viktor Osimhen (53) fərqlənib. Qonaq komandadan isə Vladislav Vanat (45) və Andrey Yarmolenko (68, 81) adını tabloya yazdırıb.

"Qalatasaray" Avropa Liqasında 13 xalla turnir cədvəlində 5-ci sırada yer alıb. İlk xalını qazanan "Dinamo" sonuncu - 36-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi