Avropa Liqası: Mahir Emrelinin komandası "Sevilya" ilə qarşılaşacaq

Avropa Liqası: Mahir Emrelinin komandası "Sevilya" ilə qarşılaşacaq Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
Futbol
17 Fevral , 2022 07:45
Avropa Liqası: Mahir Emrelinin komandası Sevilya ilə qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, ilk oyunların hamısı eyni gündə gerçəkləşəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası İspaniyada "Sevilya"nın qonağı olacaq. "Dinamo"ya qış fasiləsində keçən Emreli də Sevilyaya aparılıb və onun yeni komandada debütünün məhz bu matça təsadüf edəcəyi gözlənilir.

Günün maraqla gözlənilən qarşılaşması İspaniyada gerçəkləşəcək. "Barselona" İtaliya "Napoli"sinin müqavimətini qırmağa çalışacaq.

17 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsi

21:45. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya)

21:45. "Zenit" (Rusiya) - "Betis" (İspaniya)

21:45. "Şerif" (Moldova) - "Braqa" (Portuqaliya)

21:45. "Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya)

00:00. "Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

00:00. "Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan)

00:00. "Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya)

00:00. "Portu" (Portuqaliya) - "Latsio" (İtaliya)

Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra olacaq.

Son xəbərlər

Orphus sistemi