UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda daha 8 görüş keçirilib.
“Report” xəbər verir ki, turun ikinci oyun günündə “Roma” klubu doğma meydanda İspaniyanın “Atletik” komandası ilə qarşılaşıb.
“Qarabağ”ın rəqiblərindən “Lion”la “Olimpiakos” Fransada üz-üzə gəlib. Rumıniya təmsilçisi FCSB evdə Latviyanın RFS komandası ilə görüşüb. “Ayaks” (Niderland) doğma meydanda “Beşiktaş”ı (Türkiyə), “Malmö”(İsveç) isə “Reyncers”i (Şotlandiya) qəbul edib.
UEFA Avropa Liqası
Liqa mərhələsi, I tur
26 sentyabr
“Fənərbağça” (Türkiyə) - “Yunion” (Belçika) 2:1
“Malmö” (İsveç) - “Reyncers” (Şotlandiya) 0:2
“Roma” (İtaliya) - “Atletik” (İspaniya) 1:1
“Ayaks” (Niderland) - “Beşiktaş” (Türkiyə) 4:0
“Ayntraxt” (Almaniya) - “Viktoriya” (Çexiya) 3:3
“Braqa” (Portuqaliya) - “Makkabi” (Təl-Əviv, İsrail) 2:1
“Lion” (Fransa) - “Olimpiakos” (Yunanıstan) 2:0
FCSB (Rumıniya) - RFS (Latviya) 4:1
Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna hazırda davam edən "Tottenhem" (İngiltərə) - "Qarabağ" görüşü ilə yekun vurulacaq. Ağdam təmsilçisinin oyunu tıxac səbəbindən digər qarşılaşmalardan 35 dəqiqə gec başlayıb.