UEFA Avropa Liqası: "Qarabağ" səfərdə Almaniya klubuna böyük hesabla uduzub - YENİLƏNİB - 10

UEFA Avropa Liqası: "Qarabağ" səfərdə Almaniya klubuna böyük hesabla uduzub - YENİLƏNİB - 10 "Bay Arena"dakı qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
27 Oktyabr , 2023 00:49
UEFA Avropa Liqası: Qarabağ səfərdə Almaniya klubuna böyük hesabla uduzub - YENİLƏNİB - 10

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III turda Almaniyada "Bayer 04" klubunun qonağı olub.

"Bay Arena"dakı qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 5-ci dəqiqədə Florian Virts, 29 və 54-cü dəqiqələrdə Alexandro Qrimaldo, 35-ci dəqiqədə Viktor Bonifeys, 57-ci dəqiqədə Edmond Tapsoba vurub. 16-cı dəqiqədə Azərbaycan çempionunun heyətində Toral Bayramov penaltidən fərqlənib.

Qrupun digər görüşündə "Molde" İsveçin "Hakken" kollektivini eyni hesabla üstələyib.

Beləliklə, "Bayer 04" xallarının sayını 9-a çatdırmaqla H qrupunda vahid lider olub. "Qarabağ" 6 xalla ikinci, "Molde" 3 xalla üçüncü sıradadır. Sonuncu yerdəki "Hakken"in isə xalı yoxdur. Azərbaycan təmsilçisi noyabrın 9-da IV turda Bakıda "Bayer 04"ü qəbul edəcək.

00:13

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, meydan sahibləri beşinci dəfə Azərbaycan təmsilçisinin qapısına yol tapıblar.

57-ci dəqiqədə Edmond Tapsoba hesabı 5:1 edib.

00:13

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, meydan sahibləri fərqi daha da artırıblar - 4:1.

54-cü dəqiqədə Alexandro Qrimaldo dubla imza atıb.

00:02

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, meydan sahibləri hazırda 3:1 hesabı ilə öndədir.

23:47

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandası arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, meydan sahibləri fasiləyə öndə yollanıblar - 3:1.

23:37

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, meydan sahibləri fərqi artırıblar - 3:1.

35-ci dəqiqədə Viktor Bonifeys fərqlənib.

23:30

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, meydan sahibləri növbəti dəfə hesabda önə keçiblər - 2:1.

29-cu dəqiqədə Alexandro Qrimaldo fərqlənib.

23:16

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, 16-cı dəqiqədə Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib.

Toral Bayramov penaltini dəqiq yerinə yetirib.

23:06

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 5-ci dəqiqədə meydan sahibləri fərqləniblər.

Leverkuzen təmsilçisində Florian Virts adını tabloya yazdırıb.

23:00

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunu start götürüb.

"Report"un məlumatına görə, "Bay Arena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Görüşü rumıniyalı Horatsiu Fesnikin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir. H qrupunun digər matçında "Molde" Norveçdə İsveçin "Hakken" komandasını 5:1 hesabı ilə üstələyib.

21:56

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Bayer 04": 17. Matey Kovar, 6. Odilon Kassunu, 12. Edmond Tapsoba, 3. Ptero Hinkapye, 20. Alexandro Qrimaldo, 8. Robert Endrix (k), 34. Qranit Caka, 19. Natan Tella, 10. Florian Virts, 21. Amin Adli, 22. Viktor Bonifeys.

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 8. Marko Yankoviç, 6. Julio Romao, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 27. Toral bayramov, 18. Juninyo Olavio.

Qeyd edək ki, bu gün "Bay Arena"da reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi