UEFA avrokubokların yeni təqvim variantını təqdim etdi

UEFA avrokubokların yeni təqvim variantını təqdim etdi Futbol üzrə Çempionlar Liqası və Avropa Liqasında mövsümün qalan hissəsinin təqvim variantı hazırlanıb.
Futbol
6 May , 2020 23:12
UEFA avrokubokların yeni təqvim variantını təqdim etdi

Futbol üzrə Çempionlar Liqası və Avropa Liqasında mövsümün qalan hissəsinin təqvim variantı hazırlanıb.

"Report"un "RMC Sport"a istinadən məlumatına görə, bu barədə UEFA-nın bir çox tanınmış klubların prezidentləri ilə videokonfrans formatında qeyri-rəsmi görüşündə açıqlama verilib. UEFA rəsmiləri avrokubokların qalan hissəsinin bərpası üçün milli çempionatların iyulun sonlarınadək yekunlaşdırılmasının vacibliyini vurğulayıblar.

Təklif olunan variant isə belədir:

Çempionlar Liqası

1/8 final mərhələsinin qalan cavab oyunları: 7-8 avqust


"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)

İlk oyun - 3:0

"Barselona" (İspaniya) - "Napoli" (İtaliya)

İlk oyun - 1:1

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)

İlk oyun - 2:1

"Yuventus" (İtaliya) - "Lion" (Fransa)

İlk oyun - 0:1

1/4 final: İlk oyunlar - 11-12 avqust, cavab görüşləri - 14-15 avqust

Yarımfinal: 18-19 avqust və 21-22 avqust

FİNAL: 29 avqust


Avropa Liqası

1/8 final mərhələsinin qalan ilk oyunları: 2-3 avqust

"Sevilya" (İspaniya) - "Roma" (İtaliya)

"İnter" (İtaliya) - "Xetafe" (İspaniya)

1/8 final mərhələsinin qalan cavab oyunları: 6 avqust

"Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 1:1

"Bayer" (Leverkuzen, Almaniya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 3:1

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Volfsburq" (Almaniya)

İlk oyun - 2:1

"Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya)

İlk oyun - 5:0

"Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya)

İlk oyun - 3:0

"Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə)

İlk oyun - 0:1

"Roma" (İtaliya) - "Sevilya" (İspaniya)

"Xetafe" (İspaniya) - "İnter" (İtaliya)

1/4 final: İlk oyunlar - 10 avqust, cavab görüşləri - 13 avqust

Yarımfinal: İlk oyunlar - 17 avqust, cavab görüşləri - 20 avqust

FİNAL: 26 (27 avqust)


Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal və final oyunlarının Türkiyənin İstanbul şəhərində təşkili nəzərdə tutulub. Avropa Liqasında isə eyni mərhələlərinin qarşılaşmaları Polşanın Qdansk şəhərində olacaq. 

Son xəbərlər

Orphus sistemi